IQNA

 Çin: Koronavirusu Çinə Amerikalı hərbiçilər gətirib

7:33 - March 13, 2020
Xəbər sayı: 3486896
Tehran (IQNA) -  Çinin xarici işlər nazirliyinin sözçüsü koronavirusun Çinun Yuhan şəhərinə ötürülməsində Amerikadan şübhələndiklərini bildirib.

Çinin xarici işlər nazirliyinin sözçüsü Jau Licyan ötən gün (12 Mart 2020) sosial şəbəkə hesabında Çinin Yuhan şəhərində koronavirusun yayılmasında Amerikanın əli olduğunu ehtimal edib.

O, buna görə də Vaşinqtondan Amerikalı vətəndaşların "koronavirus"a (Covid-19) yoluxmasının tarixinə aydınlıq gətirilməsini istəyib.  

Çinin xarici işlər nazirliyinin sözçüsü Jau Licyan əlavə edib: Amerikada koronavirusa ilk tutulan şəxslər hansı tarixdə bu virusa tutulublar, neçə nəfər olublar və hansı xəstəxanalarda müalicə alıblar?

Jau Licyan vurğulayıb: Şayəd amerikalı hərbiçilər koronavirusu Yuhan şəhərinə gətiriblər. Buna görə də Amerika rəsmiləri bu məsələyə aydınlıq gətirməli və şəffaf danışmalıdırlar.  

3884990

Teqlər: amerika ، çin ، koronavirus
captcha